Yuxarı

Kainatda 2 trilyon görünən qalaktika var

Kəşf edilən qalaktikaların 90 faizi çox yaxın və ya uzaqda yerləşir

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kainatda 2 trilyon görünən qalaktika var. 

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Astrofizika” jurnalında yer alan məqalədə bildirilir.

Jurnalda dərc olunan yazıya görə, elm adamları kainatda 200 milyard qalaktika olduğunu düşünür: “Aparılan araşdırmanın nəticəsində bu sayın 10 dəfədən çox olduğu müəyyən edilib. Kəşf edilən qalaktikaların 90 faizi çox yaxın və ya uzaqda yerləşir”.

Bundan başqa, Beynəlxalq Astronomiya İttifaqı 2014-ci ildə kəşf edilən “2014 UZ224” adlı planeti “kiçik planet” sinfinə daxil edib. Birliyin bu qərarı ilə kiçik planetlər “Ceres, Eris, Haumea, Makemake, Pluto və 2014 UZ224” olaraq sıralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi