Bakı. 2 fevral. REPORT.AZ/ Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İslam dininə etiqad edənlərə vəhşi təbiəti qorumağın zəruri olduğunu xatırladıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə o, öz İnstaqram səhifəsində yazıb.
"Biz qoruqlar yaratdıq, onların ərazisinə nəsli tükənməkdə olan minlərlə məməli və quş yerləşdirdik. Onlar mühitə çox gözəl alışdılar, çoxaldılar ki, bu da insanı sevindirir", - deyə o yazıb.
Kadırov qeyd edib ki, müqəddəs kitablar müsəlmanlara heyvanlara qayğı göstərməyi əmr edir, onlarla sərt rəftarı, onları ələ salmağı və əyləncə üçün öldürməyi qadağan edir.
"Ənəs ibn Malik peyğəmbərdən (s.a.a.s) rəvayət edir ki, "namaz qılan zaman dəvələri yüklərdən azad edin və otlamağa buraxın", - deyə Kadırov bildirib.