Yuxarı

Kadir İnanır parlament seçkisi ilə bağlı son mövqeyini açıqlayıb

O, addımını haqsızlıq olmasın deməklə əsaslandırıb

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Kadir İnanır HDP-dən (Xalqların Demokrat Partiyası) millət vəkilliyinə namizəd olmayacaq.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, K.İnanır bunu partiyanın həmsədri Səlahəddin Dəmirtaşla söhbətində açıqlayıb. Məlumata görə, o öz addımını "haqsızlıq olmasın" deməklə əsaslandırıb.

Tanınmış sənətkar millət vəkilliyinə namizədlikdən imtina etməsini səhhətində yaranmış problemlə əlaqələndirlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi