Yuxarı
    Bağlamaq

    IMAX ABŞ və bir sıra digər ölkələrdə virtual reallıq kinoteatrları açacaq

    İlk belə mərkəz yanvar ayında Los-Ancelesdə açılıb
    © IMAX VR

    Bakı. 6 mart. REPORT.AZ/ "IMAX şirkəti virtual reallıq (VR) bazarına çıxmağı planlaşdırır və bu texnologiyanın istifadə ediləcəyi 6 kinoteatr açmağa hazırlaşır".

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Riçard Gelfond bildirib.

    İlk belə mərkəz yanvar ayında Los-Ancelesdə açılıb. Kinoteatrın qonaqları qısametrajlı film izləməyə və ya xüsusi "HTC Vive" dəbilqələrində oyun oynaya bilərlər. 

    R.Gelfondun sözlərinə görə, mərkəzin yanvarın 6-da baş tutan açılışından bəri artıq 5 min nəfər kinoteatrda olub və onların təxminən 90%-i müsbət rəy veriblər.

    Ümumiyyətlə, şirkət pilot layihə çərçivəsində Böyük Britaniya, Çin, eləcə də ABŞ-ın Kaliforniya və Nyu-York şəhərlərində VR-kinoteatrlar açmaq niyyətindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi