​Görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib

​Görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib Online-kinoteatra daxil olmaq üçün istifadəçi qeydiyyatdan keçməlidir
Maraqlı
16 Fevral , 2015 16:07
​Görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyada görmə qabiliyyəti məhdud insanlar üçün ilk online-kinoteatr istifadəyə verilib. Tifloşərhlərə əsaslanan online-kinoteatr “İşıq” görmə əngəllilər ictimai təşkilatının saytında yerləşdirilib və filmləri tifloşərhlərlə izləməyə imkan verir.

"Report" "cnews.ru" saytına istinadən xəbər verir ki, Moskvada yerləşən təşkilatın binasında cəmiyyətin üzvlərinin bu kimi filmləri izləyə bilmələri üçün kinozal fəaliyyət göstərir.

Layihəni həyata keçirən Sosial Texnologiyalar İstixanasının nümayəndələri bildiriblər ki, kinoda tifloşərh - əlavə səslə müşayiət olunan videosıradır: "Tifloşərhlər ekranda baş verənlərin maksimal dərəcədə izah olunmasına imkan verən müəyyən olunmuş ciddi qaydalar üzrə tərtib edilir və iştirakçıların dialoqları arasındakı fasilələrdə peşəkar diktor tərəfindən səsləndirilir".

Layihə müəlliflərinin sözlərinə görə, online-kinoteatr AAA səviyyəsinə - müxtəlif məhdudiyyətli insanlar üçün veb-kontentin (Web Content Accessibility Guidelines, WCAG) yaradılması üzrə əlçatanlığın ən yüksək standartına uyğundur.

Online-kinoteatra daxil olmaq üçün istifadəçi qeydiyyatdan keçməlidir. Qeydiyyatı “İşıq” təşkilatı və onun saytında həyata keçirmək mümkündür. Bunun üçün yaşayış məntəqəsi, sosial status və onu təsdiq edən sənədin nömrəsini göstərmək tələb olunur.

İstifadəçi şifrəni əldə etdikdən və saytda müvafiq bölməyə daxil olduqdan sonra izləmək üçün film seçə bilər. Online-kinoteatrda beş film təqdim olunub - “Deribasovskidə yaxşı hava”, “Nastya”, “Pasport”, “Visbadenə səfər” və “Fransız”.

Son xəbərlər

Orphus sistemi