Yuxarı
    Bağlamaq

    ​II Yelizavetanın taxta çıxmasının 63-cü ildönümü tamam olub

    Devid Kemeron onun kraliçalığı tarixində 12-ci baş nazirdir

    Bakı. 10 sentyabr. REPORT.AZ/ "Britaniya tarixində monarxiyanı ən çox idarə edən kraliça kimi mütləq rekord vurmusunuz".

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron "twitter" səhifəsində yazıb. Baş nazir kraliça II Yelizavetanı taxta çıxmasının 63-cü ildönümü münasibəti ilə təbrik edib. 

    D.Kemeron deyib ki, milyonlarla insan II Yelizavetanın monarxiyanı idarə etməsinin 63-cü ilini qeyd edəcək.

    Devid Kemeron II Yelizavetanın kraliçalığı tarixində 12-ci baş nazirdir.

    Xatırladaq ki, Britaniyanın kraliçası 63 il 7 ay 3 gün, yaxud 23 min 227 gündür monarxiyanı idarə edir. 15 üzvü olan Birlik Ölkələrində və Birləşmiş Krallığın dənizin o tayındakı 14 bölgəsində 140 milyon təbəəsi yaşayır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi