​II Pavelə sui-qəsddə ittiham olunmuş Əli Ağca katolik keşişi olmaq istəyir

​II Pavelə sui-qəsddə ittiham olunmuş Əli Ağca katolik keşişi olmaq istəyir O, "İncil"i öyərndiyini və müqqədəs xristian mətnləri yaxşı bildiyini söyləyib
Maraqlı
13 İyul , 2016 22:33
​II Pavelə sui-qəsddə ittiham olunmuş Əli Ağca katolik keşişi olmaq istəyir

Bakı. 13 iyul. REPORT.AZ/ "Papa Frantsisk məni qəbul edərsə, katolik kilsəsində keşiş olmağa hazıram".

"Report" xəbər verir ki, bunu 1981-ci ildə Roma Papası II Pavelə sui-qəsddə ittiham olunaraq, 25 il həbsdə olmuş Mehmet Əli Ağca İtaliyanın "Kanal5" telekanalının "Top sekret" proqramına müsahibəsində deyib.

"Türkiyədə mən vaxt itirir, təqaüddçü kimi yaşayıram. Ona görə də Frantsiskdən xahiş edirəm ki, Vatikanda məni qəbul eləsin və keşiş olum", - deyə 58 yaşlı Əli Ağca vurğulayıb.

O, "İncil"i öyrəndiyini və müqqədəs xristian mətnləri yaxşı bildiyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi