"Iceland Air"ə məxsus təyyarəni ildırım vurub

"Iceland Air"ə məxsus təyyarəni ildırım vurub Pilotlar Boeing 757-in ön hissəsində yaranan çatı hiss etməyiblər
Maraqlı
10 Aprel , 2015 02:16
Iceland Airə məxsus təyyarəni ildırım vurub

Bakı. 10 aprel. REPORT.AZ/ İslandiyanın paytaxtı Reykyavikdən ABŞ-ın Denver şəhərinə səfər edən "Iceland Air" şirkətinə məxsus sərnişin təyyarəsini ildırım vurub.

"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, Reykyavik hava limanından qalxdıqdan bir müddət sonra təyyarəni ildırım vursa da, pilotlar Boeing 757-in ön hissəsində yaranan çatı hiss etməyiblər.

Səkkiz saat sonra Denverə enən təyyarəni görənlər şoka düşüblər. Sərnişinlər xoşbəxtlikdən xəsarət almayıblar.

Son xəbərlər

Orphus sistemi