İtaliyanın ən qoca mafiya başçısı həbsxanada vəfat edib - FOTO

İtaliyanın ən qoca mafiya başçısı həbsxanada vəfat edib - FOTO Bakı. 3 noyabr. REPORT.AZ/ İtaliyada ən qoca məhkum Françesko Barbaro 92 yaşında vəfat edib.
Maraqlı
3 Noyabr , 2018 06:28
İtaliyanın ən qoca mafiya başçısı həbsxanada vəfat edib - FOTO

Bakı. 3 noyabr. REPORT.AZ/ İtaliyada ən qoca məhkum Françesko Barbaro 92 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Parma şəhərindəki həbsxanada dünyasını dəyişib.

Françesko Barbaro Parmadakı ciddi rejimli həbsxanada cəza çəkmək şərtilə azadlıqdan ömürlük məhkum olunub. Məhkum ölümündən bir neçə gün əvvəl səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Barbaro İtaliyanın cənubundakı Kalabrii vilayətindəki "ndranqeti" klanının rəhbəri olub. Bu klan bütün dünyada, o cümlədən Latın Amerikası və Avstraliyadakı cinayətkar aləmə rəhbərlik edib.

O, 1980-ci ildə insan oğurluğu ilə məşğul olub və sonra narkotik ticarətinə nəzarət etməyə başlayıb. Barbaro bu əməllərinə görə azadlıqdan 20 il məhkum edilib. 2013-cü ildə azadlığa buraxılan keçmiş məhkum polis əməkdaşını qətlə yetirdiyinə görə yenidən həbs edilib.

Onun hər iki oğlu da həbsxanada cəza çəkir. 

Son xəbərlər

Orphus sistemi