Yuxarı

Mona Lizanın qəbri tapılıb?

İtaliyalı tədqiqatçılar rəssam Leonardo da Vinçinin məşhur əsərindəki Mona Lizaya aid olduğunu iddia etdikləri məzar aşkarlayıblar

Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyalı tədqiqatçılar rəssam Leonardo da Vinçinin məşhur əsərindəki Mona Lizaya aid olduğunu iddia etdikləri məzar aşkarlayıblar. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, məzardakı sümüklər Mona Lizanın rəsminin çəkildiyi vaxta, yəni XVI əsrə aiddir. Arxeoloji qazıntı aparan qrup bildirib ki, tarixi qeydlər və analizlər məzardan çıxan sümüklərin Mona Lizaya aid ola biləcəyini göstərir. Bu xəbər kəşf, elm və sənət dünyasında müzakirə mövzusuna çevrilib. Belə ki, bu təbəqələrdən olan insanlar dəlil və sümüklərin qəbrin Mona Lizaya aid olduğunu söyləmək üçün yetərli olmadığını deyirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi