​İtaliyalı qız səhvən başqa ailəyə övladlığa verildiyi üçün rekord məbləğdə təzminat tələb edir

​İtaliyalı qız səhvən başqa ailəyə övladlığa verildiyi üçün rekord məbləğdə təzminat tələb edir Problemin çözülməsində "Facebook"un böyük rolu olub
Maraqlı
23 İyul , 2015 01:38
​İtaliyalı qız səhvən başqa ailəyə övladlığa verildiyi üçün rekord məbləğdə təzminat tələb edir

Bakı. 23 iyul. REPORT.AZ/ İtaliyanın Cənub vilayəti olan Apulinin rəhbərliyinə müraciət edən 26 yaşlı Antonella onun bioloji valideynləri və qardaşı 9 milyon avro məbləğində məhkəmə iddiası qaldırıblar. Onlar 1989-cu ildə Kanoza-di-Pulya şəhərinin dövlət xəstəxanasında baş vermiş səhvin qurbanı olublar.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məbləğ İtaliya üçün bu qəbildən olan işlərdə tələb olunan rekord rəqəmdir.

Belə ki, 1989-cu il iyunun 22-də doğum evində yeni doğulan körpələr səhvən başqa valideynlərə verilib.

Körpə Lorena həmişə özünü ailəsində yad hesab edib, lakin bunun səbəbini özü üçün illər boyu aydınlaşdıra bilməyib. O, 18 yaşında ailə quraraq evlərini tərk edib.

Olduqca kasıb ailədə böyüyən Antonella isə valideynləri tərəfindən heç bir diqqət görməyib. Onlar rəsmi boşanandan sonra Antonella nənəsi və babasının yanına köçür, daha sonra isə uşaq evində yaşamağa məcbur olur.

O, həyatında hansısa sirrin olduğunu həmişə hiss edir.

Problemin çözülməsində "Facebook"un da böyük rolu olub. İstifadəçilər iki nəfərin çox oxşadığını müəyyən ediblər. Beləliklə, Antonella gözlənilmədən doğma qardaşı Françeskonu, daha sonra isə bioloji valideynlərini tapır. Aparılan DNT analizi onların bioloji qohumluğunu təsdiq edir.

Beləliklə, 26 il sonra gənc qız Apulinin rəhbərliyindən dəymiş mənəvi ziyana görə 3 milyon avro, onun bioloji valideynləri və qardaşı isə 6 milyon avro tələb edib. İş üzrə məhkəmə prosesi sentyabrda Trani şəhərində başlayacaq.

İtaliya mətbuatı hesab edir ki, bu məhkəmə prosesi hər cəhətdən çətin olacaq.  

Son xəbərlər

Orphus sistemi