Yuxarı
    Bağlamaq

    ​İtaliyada faşist nişanı şəklində evlər aşkar olunub - FOTO

    Mülklər ötən əsrin 90-cı illərində inşa edilib

    Bakı. 25 sentyabr. REPORT.AZ/ İtaliyanın cənub-şərqində yerləşən Brindizi əyalətində faşist nişanı şəklində evlər aşkar olunub.

    "Report" xəbər verir ki, evlər Speççiolla və Pantanacianni kəndlərinin sakinləri tərəfindən "Google Maps" vasitəsilə tapılıb.

    İlkin araşdırmalar göstərib ki, evlər İtaliyada faşizm dövründə deyil, ötən əsrin 90-cı illərində inşa edilib.

    Tikililərə görə kimin məsuliyyət daşıdığını hələ ki, müəyyən etmək mümkün olmayıb. Lakin polis hesab edir ki, memar tapılacağı təqdirdə belə, bu hərəkətin qəsdən edildiyini sübuta yetirmək və onu məsuliyyətə cəlb etmək çətin ki, mümkün olsun.

    Evlərin sökülməsi də planlaşdırılmır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi