Yuxarı

İtaliyada bir avroya ev satılır - FOTO

​İtaliyada bir avroya ev satılır

İtaliyanın Neapol şəhərindən iki saatlıq yol məsafəsində yerləşən gözəl şəhərlərdən birində bir avroya ev satılır.

Bu barədə “Report” “The Sun”a istinadən xəbər verir.

Kampaniya regionunun cənubunda yerləşən Bizaçça yerli icmasını dirçəltməyə çalışır. Qeyd edilir ki, şəhər zəlzələdən zərər çəkib. Bu da əhalinin sayının azalmasına gətirib çıxarıb. Şəhərdə binaların çoxu köhnəlib. Region ümumilikdə 90 evi bazara çıxarıb.

Mülkü almağa qərar verəcək alıcı onu bərpa etməyi öhdəsinə götürəcək. Evlərin bərpa müddəti məhdudlaşdırılmayıb, həmçinin məcburi minimal xərclər müəyyən edilməyib.

Şəhər merinin müavini ümid edir ki, bu, ailələri və dostları birləşməyə və Bizaççaya gəlməyə məcbur edəcək. Xüsusən, binalara yerli hakimiyyət sahibdir, keçmiş kirayəçilər yox. Yəni sazişi bağlamaq kifayət qədər sadə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi