İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb

İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb Körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir
Maraqlı
29 İyul , 2017 20:24
İsveçrədə dünyanın ən uzun asma piyada körpüsü açılıb
Foto: BBC

Bakı. 29 iyul. REPORT.AZ/ İsveçrənin Vale kantonunda uzunluğu təqribən 500 metr olan və dünya rekordu vuran asma piyada körpüsü istifadəyə verilib.

"Report" xəbər verir ki, bu barədə "20 Minuten" portalı yazıb.

Çarlz Kuonen adına (tikili sponsorlardan birinin şərəfinə adlandırılıb) körpü təxminən 80 metr hündürlükdə torpaq üzərində yerləşir. O, Qrehen və Sermat yaşayış məntəqələrini birləşdirir. Körpünün uzunluğu 494 metr, eni 65 santimetrdir.

Bildirilir ki, körpünün tikintisi üçün təxminən 730 min İsveçrə frankı (təqribən 750 min dollar) xərclənib. İlk piyadalar şənbə günü tikilidən istifadə edə biliblər.

Son xəbərlər

Orphus sistemi