İstanbuldan Stokholma uçan suriyalı qadın təyyarədə ana olub

İstanbuldan Stokholma uçan suriyalı qadın təyyarədə ana olub Ananın və körpə oğlunun səhhəti yaxşıdır
Maraqlı
17 Sentyabr , 2016 16:15
İstanbuldan Stokholma uçan suriyalı qadın təyyarədə ana olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Suriyalı hamilə qadının doğuşu təyyəradə gerçəkləşib.

“Report”un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Türkiyənin İstanbul şəhərindən İsveçin paytaxtı Stokholma uçan "Pegasus Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsində qeydə alınıb.

Belə ki, qadın təyyarənin enməsinə 45 dəqiqə qalmış doğuş sancılarının gəldiyini hiss edib.

Təyyarə Ukraynanın hava məkanından keçərkən doğuş sancılarının başlanması səbəbindən suriyalı qadın laynerin arxa hissəsinə götürülərək türkiyəli tibb bacısının köməyi ilə övladını dünyaya gətirib.

Təyyarə yerə endikdən sonra ana və körpəsi terminalda onları gözləyən təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.

Hazırda ana və körpə oğlunun səhhətinin yaxşı olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi