Bakı. 6 dekabr. REPORT.AZ/ İsrailin fəaliyyətdə olan Baş naziri Binyamin Netaniyahuya Təl-Əviv bələdiyyəsi binasının yaxınlığındakı Ravin meydanında heykəl qoyulub.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, heykəlin hündürlüyü 4,5 metrdir. Abidənin qoyulması haqqında xəbər yayıldıqdan sonra heykəli meydandan yığışdırılıb.
Bu abidənin müəllifi heykəltaraş İtay Zeliat deyib ki, bu addımın məqsədi “İsraildə 2016-cı ildə söz azadlığı sərhədini yoxlamaq olub”.