İsraildə ağır yol qəzasına düşmüş 3 yaşlı uşaq sağ qalıb

İsraildə ağır yol qəzasına düşmüş 3 yaşlı uşaq sağ qalıb Basma Musanın ailəsini daşıyan avtomobil İordan çayının üstündəki hündür körpüdən suya aşıb
Maraqlı
27 Dekabr , 2016 03:29
İsraildə ağır yol qəzasına düşmüş 3 yaşlı uşaq sağ qalıb

Bakı. 27 dekabr. REPORT.AZ/ İsrailin şimalındakı Çfat şəhərində yol qəzasına düşmüş 5 yaşlı uşaq sağ qalıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 3 yaşlı Basma Musanın ailəsini daşıyan avtomobil İordan çayının üstündəki 3 metr hündürlüyə malik körpüdən keçərkən suya aşıb.

Qəza nəticəsində azyaşlı 5 dəqiqəyədək suyun altında qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım alıb.

Ağır qəzaya düşmüş azyaşlı artıq özünə gəlib. Həkimlər onun beyninin və ya əsəb sisteminin zədələnib-zədələnməməsini hələlik müəyyənləşdirə bilməyiblər. Lakin buna baxmayaraq tibb işçiləri azyaşlının vəziyyətinin getdikcə yaxşılaşdığını bildiriblər.

Ölkə mətbuatı azyaşlının belə ağır qəzada sağ qalmasını möcüzə adlandırıb.

Son xəbərlər

Orphus sistemi