Yuxarı

İspaniyada Roma imperiyası dövrünə aid gəmi tapılıb

İspaniyada Roma imperiyası dövrünə aid gəmi tapılıb
O, təqribən 1800 il əvvəl batıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İspaniyalı arxeoloqlar Kabrera adası yaxınlığında Roma imperiyası dövrünə aid təqribən 1800 il əvvəl batmış gəmi aşkar ediblər.

"Report" "El País" nəşrinə istinadən xəbər verir ki, gəmi suyun 70 metr dərinliyində olub.

O, dövrümüzə qədər olduqca yaxşı qalan çoxlu sayda amfora daşıyırmış.

"Bizə məlum olduğu qədər, İspaniya sularında batdığı dövrdən bu günə qədər qətiyyən toxunulmayan gəmi ilk dəfədir tapılır", - deyə arxeoloq Xavyer Rodriqes bildirib.

Kabrera adaları yaxınlığında Roma imperiyası dövrünə aid ümumilikdə 12 gəmi aşkar edilib.

Arxeoloqlar hesab edirlər ki, gəmi eramızın III və ya IV əsrlərinə aiddir. Ehtimal olunur ki, uzunluğu təqribən 20 metr olan gəmi Şimali Afrika, İspaniya, Fransanın cənubu və hətta Roma arasında dövr edərək ticarət ilə məşğul olurmuş. Arxeoloqların qənaətinə görə, gəmi qədim Roma mətbəxinə aid balıq sousu daşıyırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi