Yuxarı
    Bağlamaq

    ​İspaniyada ənənəvi öküzdən qaçış bayramı zamanı 14 nəfər xəsarət alıb

    Bununla yanaşı, son 30 ildə ölkədə ilk dəfə öküz toreadoru qətlə yetirib

    Bakı. 10 iyul. REPORT.AZ/ İspaniyanın ənənəvi tədbirlərdən birinini - öküzdən qaçış bayramının keçirildiyi Pamplona şəhərində növbəti xoşagəlməz hadisə baş verib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, küçələrdə öküzdən ənənəvi qaçış zamanı 14 nəfər xəsarət alıb.

    Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

    "AFP"-nin məlumatına görə, öküz buynuzu ilə 33 yaşlı yaponiyalının sinəsini və 24 yaşlı ispanın əllərini ciddi zədələyib. Tədbirin təşkilatçıları Yaponiya vətəndaşının vəziyyəti barədə hələlik şərh verməkdən imtina edirlər. Lakin ispanın yarasının daha ağır olduğu bildirilir. 

    Məlumata görə, daha 12 nəfər yüngül yaralanıb.

    Bununla yanaşı, son 30 ildə İspaniyada ilk dəfə öküz toreadoru qətlə yetirib. Belə ki, peşəkar toreador Viktor Barrio ispan şəhəri Terueldə qətlə yetirilib.

    "BBC"nin məlumatına görə, öküz təqdimat zamanı buynuzu ilə 29 yaşlı toreadorun sinəsini deşib.

    İspaniyanın baş naziri vəzifəsini icra edən Mariano Raxoy Barrionun ölümü ilə bağlı onun ailəsinə başsağlığı verib.

    Qeyd edək ki, ölkədə sonuncu belə hadisə 1985-ci ildə baş verib. Belə ki, toreador Xose Kubero korrida zamanı qətlə yetirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi