Yuxarı

İslandiya vulkanının lavası Manhattan qədər böyük əraziyə yayılıb

Alimlər seysmik aktivliyin sona çatacağına dəlalət edən əlamətlərin nəzərə çarpmadığını deyirlər

Bakı. 19 noyabr. REPORT.AZ/ İslandiyadakı Holohraun vulkanından axan lava Nyu York şəhərindəki Manhattan rayonu boyda ərazini (72 kvadrat kilometr) örtüb.

"Report" BBC-yə istinadən xəbər verir ki, son iki yüz il ərzində İslandiyada yerin səthinə atılan ən geniş lava sahəsinə səbəb olmuş püskürmə 3 aydır ki, davam edir.

Alimlər seysmik aktivliyin sona çatacağına dəlalət edən əlamətlərin nəzərə çarpmadığını deyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi