İŞİD qruplaşması öz sosial şəbəkəsini yaradır

İŞİD qruplaşması öz sosial şəbəkəsini yaradır Saytın kimin tərəfindən yaradılması və nə qədər istifadəçinin qeydiyyatdan keçməsi hələlik məlum deyil
Maraqlı
10 Mart , 2015 12:15
İŞİD qruplaşması öz sosial şəbəkəsini yaradır

Bakı. 10 mart. REPORT.AZ/ İŞİD qruplaşmasnın bütün sosial şəbəkələrdə akkauntlarının bağlanması onun tərəfdarlarının şəxsi sosial internet resursu olan "Сaliphate book" yaratmasına səbəb olub. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

Saytın kimin tərəfindən yaradılması və nə qədər istifadəçinin qeydiyyatdan keçməsi hələlik məlum deyil.

Saytın özü isə fəaliyyətə başladığı gündən əlçatmaz olub. 

Saytın məlumatında deyilir ki, o, istifadəçiləri haqqında məlumatı qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 

Son xəbərlər

Orphus sistemi