Yuxarı

İş adamı Rza Zərrab İrana müraciət edib

Yerim-yurdum bəllidir. Günahım varsa, gəlib məni tutsunlar

Bakı. 7 yanvar. REPORT.AZ/ İran əsilli, türkiyəli iş adamı Rza Zərrab İslam Respublikasında barəsində rüşvətxorluqla bağlı yayılan iddiaları cavablandırıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İranın "eghtesadnews" saytına açıqlamasında rəsmi Tehrana müraciət edərək deyib: "Yerim-yurdum bəllidir. Günahım varsa, gəlib məni tutsunlar".

O, İranda "rüşvətxorluq"da günahlandırılaraq həbs olunmuş yerli iş adamı Babək Zəncaninin müdiri olması barədə deyilənləri də təkzib edib: "İki il öncə Babək Zəncaninin dürüst adam olmadığı barədə İranı xəbərdar etmişəm".

"İran Mərkəzi Bankı üçün rialla bir dəfə də olsun pul transferi etməmişəm. İran Neft Nazirliyi ilə də pul transferi əməliyyatı aparmamışam. Ancaq şirkətlər və banklar bizim müştəirimizdir. İşimiz də pul dəyişib, transfer etməkdir", -  o söyləyib.

R.Zərrab həmçinin İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökuməti ilə də hər hansı əlaqəsinin olmadığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi