Yuxarı

Nazir müavini: "McDonald's"ın İran bazarına yolu bağlıdır"

Müctəba Xosrovtac: Uzun illərdir İran xalqı ABŞ-ın düşmənlərimizdən biri olduğunu anlayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ "Xalqımız ABŞ dəyərlərini qəbul etmədiyindən "McDonald's" İran bazarına buraxılmır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrovtac bildirib.

O qeyd edib ki, bəzi istehlak mallarında ABŞ-ın simvollarını görmək olar: "Onlardan biri də "McDonald's"dır. Müxtəlif ölkələrdə buna ABŞ-ın həmin dövlət ərazisində mövcudluğu kimi yanaşılır. Uzun illərdir İran xalqı ABŞ-ın bizim düşmənlərimizdən bir olduğunu anlayıb. İnsanlarımız hesab edir ki, müxtəlif bölgələrdəki münaqişələrə və beynəlxalq məsələlərə müxtəlif baxışlarımızın olduğu indiki mərhələdə belə simvolların ölkəmizin ərazisində olması qəbuledilməzdir".

Jurnalistin "Sanksiyalar qaldırıldıqdan sonra "McDonald's"ın İran bazarına daxil olması mümkündürmü" sualını M.Xosrovtac belə cavablandırıb: "Beynəlxalq məsələlər üzrə müxtəlif mövqelərimizin, mədəniyyət sahəsində belə fərqlərin olduğu və viza problemimizin həll olunmadığı halda, bu, mümkün olarmı?! Ona görə də hesab edirik ki, bu vəziyyətdə "McDonald's"ın ölkəmizdə mövcudluğu mümkün deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi