​İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb

​İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb Bu, arxiv materiallarını əl ilə kataloqlaşdıran tarixçilər və jurnalistlər üçün mükəmməl vasitə hesab oluna bilər
Maraqlı
20 Fevral , 2015 20:47
​İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ İnsan sifətinin tanınmasının təkmilləşdirilmiş alqoritmi hazırlanıb. Yeni sifət tanınması alqoritmini “Yahoo Labs”ın tədqiqatçıları Saçin Farfad, Məhəmməd Saberian və Stenford Universitetindən Li Ca Li təqdim ediblər.

"Report" "hi-news.ru" saytına istinadən xəbər verir ki, insan sifətinin tanınması alqoritmləri xüsusi xidmət orqanları ilə yanaşı, bir çox şirkətlər tərəfindən də istifadə edilir. Hazırda praktiki olaraq hər yerdə bu texnologiya ilə qarşılaşmaq olar: sosial şəbəkələrdən başlayaraq (şəbəkəyə yüklənmiş fotoşəkillərdə insanlar avtomatik olaraq işarələnir) mobil əməliyyat sistemlərinə kimi (smartfon ön kamerasının obyektivi vasitəsilə sahibinin sifətini “tanıyır”).

Sifətin tanınması texnologiyası tam mükəmməl olmasa da, amerikalı tədqiqatçılar tərəfindən təklif edilmiş yeni alqoritm insanı, hətta onun sifətinin natamam təsviri üzrə “tanıya” bilər.

İstehsalçılar iddia edirlər ki, onların alqoritmi hətta köhnə şəkillər və videoyazıların böyük arxivlərində müəyyən şəxsləri (üzləri) axtarmağa imkan verir. Bu, arxiv materiallarını əl ilə kataloqlaşdıran tarixçilər və jurnalistlər üçün mükəmməl vasitə hesab oluna bilər.

Son xəbərlər

Orphus sistemi