Yuxarı

İnkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları azalmaqdadır

İnsanların gündəlik 1-2 dollara yaşadıqları ən yoxsul ölkələrdə əhəmiyyətli azalma baş verib

Bakı. 11 noyabr. REPORT.AZ/İnkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları azalmaqdadır.

"Report"un "Amerikanın Səsi"nə istinadən məlumatına görə, əgər 1990-cı ildə 5 yaşından aşağı 12.7 milyon uşaq ölürdüsə, 2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın həyatını itirməsi deməkdir.

Stanford Universitetinin əhali sağlamlığı üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı gəlirli ölkələrdə malyariya xəstəliyi və ishalın müalicəsi ilə vəziyyət dəyişib.

O, 54 ölkədə keçirilən demoqrafiya və səhiyyə sorğularına rəhbərlik edib. Sorğular 929 min ailədən 1.2 milyon qadın arasında keçirilib.

Bunun nəticəsi olaraq yoxsul ailələrdə doğulan 1000 körpədən 4.3, orta gəlirli ailələrdə 3.36, zəngin ailələrdə isə 2.06 faiz uşağın dünyasını dəyişdiyi məlum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi