Yuxarı

İngiltərə kraliçası qəzadan yayınmaq üçün avtomobili qazonun üzəri ilə sürməli olub

Kraliça kilsəyə ibadətə tələsdiyi zaman qəflətən onun qarşısına parkda iki uşağı ilə gəzişən cütlük çıxıb

Bakı. 22 iyul. REPORT.AZ/ Böyük Britaniya kraliçası II Yelizaveta Böyük Vindzor parkında iki uşağı ilə onun qarşısına çıxan cütlüyü vurmamaq üçün Jaguar X-type avtomobilini parkda qazonun üzəri ilə sürməli olub. Bu barədə "Report" "Qazeta.ru" saytına istinadən xəbər verir.

Kraliça kilsəyə ibadətə tələsdiyi zaman qəflətən onun qarşısına parkda iki uşağı ilə gəzişən cütlük çıxıb.

II Yelizaveta cütlüyü avtomobillə vurmamaq üçün maşını qazonun üzərinə çıxarıb. Bu zaman o, heç bir qayda pozuntusuna yol verməyib. Belə ki, Böyük Britaniyada yalnız kraliça sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə və Vindzor Parkında Long Walk boyunca avtomobillə hərəkət edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi