Yuxarı

İndoneziyada bilərəkdən öz qapılarına 5 qol vuran komandalar cəzalandırılıb

Sleman v ə Semaranqın 12 oyunçu və meneceri ömürlük diskvalifikasiya edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ İndoneziya Futbol Assosiasiyası (PSSİ) bilərəkdən buraxılan qollar üzündən 12 oyunçu və meneceri ömürlük diskvalifikasiya etməyi qərara alıb. "Report"un PSSİ-nin rəsmi saytına istinadən məlumatına görə, buna ölkə çempionatının "Sleman" - "Semaranq" matçında baş verənlər səbəb olub. 

Matçın gedişində 3:2 hesabı ilə öndə olan "Sleman" qəsdən uduzmaq üçün öz qapısına 2 qol vurub. Amma sonradan rəqib 3 avtoqola imza atıb. PSSİ-nin İntizam Komitəsi araşdırmalardan sonra qərara gəlib ki, hər iki klub yarımfinalda "Borneo" ilə qarşılaşmamaq üçün bir-birinə uduzmağa çalışıb.

Qeyd edək ki, "Sleman" v ə "Semaranq"ın daha 3 rəsmisi 10 il müddətinə futboldan, klubların özləri isə  3 il müddətinə kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi