İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb - VİDEO

İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb - VİDEO Şahidlər ehtimal edirlər ki, uzunluğu 15 metr olan heyvan donqar balinaya aid ola bilər
Maraqlı
13 May , 2017 06:25
İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ İndoneziyanın cənubunda, dəniz  sahilində elmə bu günədək məlum olmayan ölmüş nəhəng heyvan tapılıb.

"Report"un məlumatına görə, bu barədə "The Daily Mirror" xəbər verib.

Xəbərdə bildirilir ki, naməlum heyvanı Sera adası sahillərində, Maluku vilayətində 37 yaşlı Arsul Tuanokota müəyyən edib. Şahidlər ehtimal edirlər ki, uzunluğu 15 metr olan heyvan donqar balinaya aid ola bilər.

Yerli sakinlər hakimiyyət orqanlarına müraciət edərək xoşagəlməz iy verən dəniz "əjdaha"sını çimərlikdən aparmağı xahiş ediblər.

Son xəbərlər

Orphus sistemi