İlk .com domeninin yaranmasından 30 il ötür

İlk .com domeninin yaranmasından 30 il ötür Hazırda 115 milyon .com domeni qeydiyyatdadır
Maraqlı
16 Mart , 2015 08:28
İlk .com domeninin yaranmasından 30 il ötür

Bakı. 16 mart. REPORT.AZ/ 30 il bundan əvvəl ilk .com domeni qeydiyyatdan keçib. ABŞ-ın Masaçusets ştatında fəaliyyət göstərən Symbolics şirkəti 1985-ci il martın 15-də ilk dəfə .com domenindən istifadə edib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı domen adlarının satışı ilə məşğul olan Verisign şirkəti xüsusi məlumat yayıb. News York Daily News portalı yazır ki, symbolics.com domeni indi də qeydiyyatdadır və aktivdir. 

Şirkət qeyd edir ki, hazırda .gov, .net və sairə domenlər mövcud olsa da .com domeni ən çox istifadə edilən veb-ünvandır. Hər dəqiqədə dünyada bir .com domeni qeydiyyata alınır. Hazırda 115 milyon .com domeni qeydiyyatdadır.

İngilis versiyası 30 years of .com domains

Son xəbərlər

Orphus sistemi