İki il əvvəl itmiş "kabus" gəmi İrlandiya sahillərində göründü - FOTO - VİDEO

İki il əvvəl itmiş "kabus" gəmi İrlandiya sahillərində göründü - FOTO - VİDEO İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə alınıb.
Maraqlı
18 Fevral , 2020 05:49
İki il əvvəl itmiş kabus gəmi İrlandiya sahillərində göründü - FOTO - VİDEO

İrlandiyanın Kork qraflığı sahilində Tanzaniya bayrağı altında üzən 77 metrlik MV Alta yük gəmisi qeydə alınıb.

Bu barədə “Report” “Irishexaminer”ə istinadən xəbər verir.

Bildirilir ki, gəmidə heyət üzvü olmayıb. Sahil mühafizəsinin nümayəndəsi güman edir ki, gəmi "Dennis" fırtınası səbəbindən sahilə çıxıb.

Nəşrin məlumatına görə, bu gəmi sonuncu dəfə yarım il əvvəl Afrika sahilləri yaxınlığında görünüb. Həmçinin 2018-ci ilin payızında gəminin Bermud adalarından cənub-şərqə keçdiyi xəbər verilib. Həmin vaxt ehtimal edilirdi ki, gəmi sıradan çıxıb və heyət üzvləri xilas olunub.

Bu, son illər mətbuatın belə mövzuda toxunduğu ilk mövzu deyil. Ötən ilin sentyabrında ABŞ-ın Minnesota ştatında, Yuxarı göldə 118 il əvvəl batmış Hudson gəmisi tapılıb. Buğda və kətanla yüklənmiş gəmi 1901-ci ilin 15 sentyabrında Dulut (Yuxarı göl) şəhərinin limanından çıxıb. Gəmi Aposl adaları qrupunu keçib və tezliklə güclü fırtınaya düşüb. Növbəti gün İql çayında mayakın gözətçiləri "tanınmamış" böyük gəmini qeydə alıblar. Gəmi yana əyilib və suya batıb. 

Batmış gəmi yerli əfsanəyə çevrilib. Bəzi sakinlər iddia edirdilər ki, “kabus” gəmi hələ də Yuxarı göldə üzür.

Son xəbərlər

Orphus sistemi