Yuxarı
    Bağlamaq

    Honkonq və Mumbai mənzilləri ən bahalı olan şəhərlərin reytinqinə başçılıq edib

    Bu şəhərlərdə orta əmək haqqı səviyyəsi ilə 90 kvadratmetr sahəyə malik mənzil almaq üçün 30 ildən çox işləmək lazımdır

    Bakı. 18 yanvar. REPORT.AZ/ Honkonq və Mumbai 2016-cı ildə mənzilləri ən bahalı olan şəhərlərin reytinqində lider olublar.

    "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə "Oxford Economics"in hesabatında deyilir.

    Honkonq, Mumbai, Pekin, Şanxay və London sakinlərinin orta əmək haqqı səviyyəsi ilə 90 kvadratmetr sahəyə malik mənzil alması üçün 30 ildən çox işləməsi tələb olunur.

    "Yaxın illərdə Asiyada mənzillərin qiymətlərindəki artımın yavaşıyacağını gözləyirik. Bəzi bazarlarda isə hətta azalma olacaq", - hesabatda yazılıb.

    Ən bahalı mənzillər olan şəhərlərin reytinqində 5-ci sırada London qərarlaşıb. İlk onluğa həmçinin Tokio, Sinqapur, Paris, Nyu-York və Seul da daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi