Yuxarı

​Hollandiyada plastik butulkalardan yol salınacaq

Rotterdam bu baxımdan dünyanın ilk şəhəri olacaq

Bakı. 17 İyul. REPORT.AZ/ Yol səthinin zədələnməsi təhlükəli çuxurların və yorucu tixacların əmələ gəlməsinə gətirib çıxarır ki, bu da sonda yolların bahalı təmiri ilə nəticələnir.

"Report" xəbər verir ki, bu səbəbdən Hollandiya hökuməti asfalt yollara alternativ olaraq plastik yolların tikiləcəyini elan edib.

Fabrik istehsalı olan plastmass pilətələrdən yollar əvvəlcə dünyada ilk dəfə olaraq Rotterdamda inşa ediləcək. Yeni yol örtüyünün modulları tullanmış plastik butulkalardan hazırlanacaq.

"PlasticRoad" layihəsi asfalta "yaşıl" alternativ kimi baxılır. Yeni yollar LEGO konstruktorunun prinsipi üzrə quraşdırılacaq. Layihənin podratçısı yerli "VolkerWessels" şirkətidir. Şirkət nümayəndələri bildirirlər ki, plastik yol örtükləri ənənəvi asfalta nisbətdə daha az təmir tələb edir və - 40-dan +80 dərəcəyədək ekstremal temperaturlara dözümlüdür. Onların tikintisi aylarla yox, həftələ vaxt aparır. Bundan əlavə, plastik yolların çəkilməsi dünyada ekoloji vəziyyətin yaxşılaşmasına öz əhəmiyyətli töhfəsini verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi