​Hitlerin doğulduğu evi sökmək təklif edilib

​Hitlerin doğulduğu evi sökmək təklif edilib Avstriya hökuməti 1972-ci ildən indiyədək ayda onun icarəsinə 4800 avro ödəyir
Maraqlı
13 İyul , 2016 07:21
​Hitlerin doğulduğu evi sökmək təklif edilib

Bakı. 13 iyul. REPORT.AZ/Avstriya hökuməti Hitlerin doğulduğu evi müsadirə etmək qərarına gəlib.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb həmin binanın neo-faşistlərin ziyarətgahına çevrilməsidir.

İnformasiyaya görə, Avstriya hökuməti 1972-ci ildən indiyədək ayda onun icarəsinə 4800 avro ödəyir.

Binanın indiki yiyəsi, yerli təqaüdçü qadın onu satmaqdan imtina edib.

Ölkənin daxili işlər naziri Volfqanq Sobotka binanın sökülməsini təklif olaraq irəli sürüb. Bundan başqa onun muzey, yaxud mağaza kimi istifadə edilməsini təklif edənlər də var.

Qeyd edək ki, həmin bina Avstriyanın Braunau-am-İnn şəhərində yerləşir. Məlumata görə, Hitler 1889-cu ildə orada doğulub.

Son xəbərlər

Orphus sistemi