Yuxarı

​Hitlerin çəkdiyi ehtimal olunan rəsm əsərləri 440 min dollara satılıb

Hərracda satılan rəsmlər 1904-1922-ci illərdə çəkilib

Bakı. 22 iyun. REPORT.AZ/ Faşist Almaniyasının rəhbəri olmuş Adolf Hitlerin çəkdiyi ehtimal olunan 14 akvarel və başqa rəsm əsəri Nürnberqdə "Auktionshaus Weidler" hərrac evində satılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu hərrac evinin nümayəndəsi Katrin Vaydler bildirib.

O deyib ki, qəsr akvareli Asiya ölkələrindən birinin vətəndaşına  satılıb: ""Çiçəkli natrümort"unu da 73 min avroya asiyalı aldı. Ümumilikdə 14 əsərə 6 iddiaçı var idi".

Məlumata görə, hərracda satılan rəsmlər 1904-1922-ci illərdə çəkilib. 14 rəsm əsəri hərracda 440 min dollara (391 min avro) satılıb.

"Vyana kilsəsi", "Vyanada minoritlərin kilsəsi", "Praqada duman", "Vyanada Karlova kilsəsi" kimi əsərlər uyğun olaraq, 14 min, 16 min və 20,9 min avroya satılıb. Ən bahalı əsər isə Bavariyada Noyşvanştayn qəsri təsvir edilən akvarel olub. Alıcı onu əldə etmək üçün yüz min avro ödəyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi