Hindistan hökuməti Tac Mahala turist səfərlərinin vaxtını məhdudlaşdırıb

Hindistan hökuməti Tac Mahala turist səfərlərinin vaxtını məhdudlaşdırıb Bakı. 2 aprel. REPORT.AZ/ Hindistanın ən məşhur ziyarət yerlərindən olan Tac Mahala turistlər gün ərzində yalnız üç saat ərzində gedə biləcəklər.
Maraqlı
2 Aprel , 2018 16:56
Hindistan hökuməti Tac Mahala turist səfərlərinin vaxtını məhdudlaşdırıb

Bakı. 2 aprel. REPORT.AZ/ Hindistanın ən məşhur ziyarət yerlərindən olan Tac Mahala turistlər gün ərzində yalnız üç saat ərzində gedə biləcəklər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumət rəsmiləri bu məhdudiyyətin səbəbi kimi Tac Mahala gündə 50 min turistin getməsi halında sıxlıq yaranmasını göstərib.

Bununla əlaqədar rəsmilər Tac Mahalı ziyarətetmə vaxtını üç saata qədər məhdudlaşdırıb.

Qeyd edək ki, Tac Mahal Hindistanın şimalında yerləşən, XVII əsrdə Əmir Teymurun nəslindən olan Cahan Şah tərəfindən ön dördüncü uşağının doğumu zamanı ölən həyat yoldaşının şərəfinə tikdirilmiş məqbərə-məsciddir.

Son xəbərlər

Orphus sistemi