Hindistan bir dəfəyə orbitə 83 peyk çıxarmaq niyyətindədir

Hindistan bir dəfəyə orbitə 83 peyk çıxarmaq niyyətindədir Hindistanın "Polar Satellite Launch Vehicle" raket daşıyıcısının göyərtəsində 81 xarici və 2 Hindistan peyki olacaq
Maraqlı
29 Oktyabr , 2016 17:16
Hindistan bir dəfəyə orbitə 83 peyk çıxarmaq niyyətindədir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) orbitə bir dəfəyə 83 peyk çıxaracaq kommersiya məqsədli raket buraxılışı planları barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə "India Today" qəzeti yazıb.

Şirkətin planı baş tutarsa, bu raket buraxılışı bir dəfəyə orbitə peyk çıxarılma sayında rekord olacaq.

Məlumata görə, Hindistanın PSLV (Polar Satellite Launch Vehicle) raket daşıyıcısının göyərtəsində 81 xarici və 2 Hindistan peyki olacaq. Xarici peyklərin əksəriyyəti çəkisi 1 kq-dan 10 kq-dək olan nanopeyklərdir.

Son xəbərlər

Orphus sistemi