Yuxarı

​Hind okeanında köpək balığı 13 yaşlı sörfinqçini parçalayıb

Yırtıcı şikarını özü ilə okeana çəkib aparıb

Bakı. 14 aprel. REPORT.AZ/ Hind okeanının Reyunyon adası sahilində Fransadan olan 13 yaşlı sörfinqçi köpək balığının qurbanı olub.

"Report" "The Daily Mirror"a istinadən xəbər verir ki, Elio Kanestri adlı yeniyetmə köpək balıqlarının hücum etmə riskinin artması səbəbindən üzmək üçün qadağan olunan ərazidə lövhə üzərində məşq edirmiş.

Oğlan hadisə baş verən zaman sahildən 15 metr aralıda olub. Yırtıcı balıq sörfinqçinin qollarını və ayaqlarını qoparıb, qarın hissəsini parçalayıb, daha sonra onu özü ilə okeana çəkib aparıb.

Fransanın Sörfinq Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi