Yuxarı

Havanın isti keçməsi telefonların partlamasına səbəb ola bilər

Yay aylarında telefon qoburlarından istifadə etmək olmaz

Bakı. 24 avqust. REPORT.AZ/ İsti havada telefonlarda qobur və örtüklərdən istifadə olunması onların partlamasına səbəb ola bilər.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Akdeniz Universitetinin Mühəndislk fakültəsinin professoru Şükrü Özən deyib.

O bildirib ki, qobur və örtüklər istiliyi saxlayır və elektrik cihazlarında istiliyin dağılmasına mane olur. Bu da cihazın partlamasına gətirib çıxara bilər: "Havanın temperaturu yüksək olduğu aylarda elektrik cihazları, telefonlar işləyərkən daha da qızır. İsti havada telefonları pəncərə önünə, avtomobilin içində günəşin qızdırdığı yerlərə qoymaq olmaz".

Yay aylarında telefonların partlama hallarının tez-tez baş verdiyini bildirən professor, cihazların batereyasının azalmasının onların istiliyinin daha da yüksəlməsinə səbəb olduğunu bildirib.

O, yayda xüsusilə, hamilə qadınların və uşaqların telefondan istifadə etmə müddətinə diqqət edilməsinin vacibliyini də vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi