​Hava şarında uzaq məsafəyə uçuş üzrə rekord vurulub

​Hava şarında uzaq məsafəyə uçuş üzrə rekord vurulub İki səyyah Sakit okean üzərindən uçuşu uğurla başa vuraraq Meksikada eniş edib
Maraqlı
31 Yanvar , 2015 20:44
​Hava şarında uzaq məsafəyə uçuş üzrə rekord vurulub

Bakı. 31 yanvar. REPORT.AZ/ İki səyyah helium ilə doldurulmuş hava şarında Sakit okean üzərindən uçuşu uğurla başa vuraraq Meksikada eniş edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "İki qartal" layihəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Amerikalı Troy Bredli və rusiyalı Leonid Tyuxtayevin uçuşu altı sutka davam edib.

Məlumata görə, onlar hava şarı ilə uçuşun uzaqlığı və davamlılığı üzrə (137 saat və təqribən 8,5 min km) dünya rekordu vurublar.

Beynəlxalq Aviasiya Federasiyasının (FAI) qaydalarına əsasən, rekord əvvəlkini 1% üstələməlidir.

Son xəbərlər

Orphus sistemi