Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub - VİDEO

Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub - VİDEO Bakı. 31 yanvar. REPORT.AZ/ Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub.
Maraqlı
31 Yanvar , 2019 05:24
Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub - VİDEO

Bakı. 31 yanvar. REPORT.AZ/ Qırğızıstanda sərxoş şəxs mağazaya atla daxil olub.

"Report" "Sputnik Kırqızıstan"a istinadən xəbər verir ki, hadisə Çuyskda, Tokmak şəhərində baş verib.

Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda sərxoş şəxsin atın üstündə pillələr qalxdığı və mağazaya daxil olduğu əks etdirilib. Bundan sonra marketin alıcıları atlını yola salıblar. Videoçarxın müəllifinin sözlərinə görə, həmin şəxs sərxoş vəziyyətdə olub.

Agentlik bildirib ki, bu, 39 yaşlı yerli sakindir. Sərxoş şəxs sonra bildirib ki, o, hərəkətlərindən peşmandır. Onun barəsində inzibati protokol tərtib edilib və sərxoş şəxs cərimə olunub. 

Daha əvvəl Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov korrupsiya ilə bağlı məlumat verənin mükafatlandırılması barədə sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi