Gürcüstanda sabiq baş naziri çəkmək istəyən operator divara çırpılıb - VİDEO

Gürcüstanda sabiq baş naziri çəkmək istəyən operator divara çırpılıb - VİDEO Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanda seçkilər zamanı sabiq baş naziri videoya çəkmək istəyən operator Laşa Mumladze divara çırpılıb.
Maraqlı
29 Oktyabr , 2018 05:31
Gürcüstanda sabiq baş naziri çəkmək istəyən operator divara çırpılıb - VİDEO

Bakı. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanda seçkilər zamanı sabiq baş naziri videoya çəkmək istəyən operator Laşa Mumladze divara çırpılıb.

“Report” xəbər verir ki, hadisə sabiq nazir Georgi Kvirikaşvili seçki məntəqəsinə daxil olmaq istəyən zaman baş verib.

"Rustavi2" telekanalının əməkdaşı sabiq baş naziri öndən çəkmək üçün irəli qaçıb, lakin qapıdan içəri girmək əvəzinə divara dəyib. Sabiq siyasətçi ona kömək etmək istəsə də, jurnalist dərhal özünə gəlib və işini davam etdirib.

Bundan əvvəl Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçiriləcəyi məlum olub.

Son xəbərlər

Orphus sistemi