Yuxarı
    Bağlamaq

    Gürcüstan şərabçılığı Ginnesin "Rekordlar" kitabına salınıb

    Bununla bağlı təşkilatın saytında bildirilir

    Bakı. 3 dekabr. REPORT.AZ/ Gürcüstan şərabçılığı dünyada ən qədimliyinə görə Ginnesin "Rekordlar" kitabına düşüb.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı təşkilatın saytında bildirilir.

    Rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.

    Tədqiqatların gedişində içində maye olmuş iki qədim qab aşkar edilib. Kimyəvi analiz göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.

    Buna qədər hesab edilirdi ki, şərabçılığın ən qədim ənənələri İrana aiddir. Bu ölkədə içki bizim eradan əvvəl 5400-5000 illərdə hazırlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi