Yuxarı
    Bağlamaq

    Goranboy sakini XVI-XVII əsrlərə aid olan qədim sikkələr tapıb - FOTO

    Saleh Novruzov sikkələri ən qiymətli əşya kimi saxlayacağını bildirib

    Goranboy. 6 mart. REPORT.AZ/ Goranboy rayonunda qədim pullar tapılıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, qədim sikkələri həyətyanı sahədə əkin işləri ilə məşğul olan rayon sakini, 45 yaşlı Saleh Novruzov aşkarlayıb.

    Belə ki, o, əkinlə məşğul olarkən 14 ədəd sikkə tapıb. S.Novruzov təxminən 30-40 sm dərinlikdən tapdığı pulların gümüşdən hazırlandığını bildirib. Üzərində ərəb əlifbası ilə yazılar olan sikkələrin XVI (Səfəvilər-"Report") - XVII (xanlıqlar dövrü-"Report") əsrə aid olduğu güman edilir.

    S.Novruzov bir neçə tarixçi ilə apardığı söhbətlər əsasında pulların XVI-XVII əsrlərdə Şamaxı şəhərində kəsilməsi qənaətinə gəlib. Gümüş pullar əsrlərlə torpağın altında qalsa da, korroziyaya məruz qalmayıb.

    Rayon sakini sikkələri ən qiymətli əşya kimi saxlayacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi