Yuxarı

​"Google" Rusiyadakı texniki bölməsini bağlayır

Məsullar bunun səbəbini açıqlamır

Bakı. 12 dekabr. REPORT.AZ/ İnternet nəhəngi olan "Google" texniki heyətini Rusiyadan çıxarır.

"Report" "newsru.com"a istinadən xəbər verir ki, şirkətin satış, istifadəçi dəstəyi, marketinq və əməkdaşlıq üzrə mütəxəssisləri Rusiyada qalacaq. Dəyişiklik yalnız mühəndislərə aid olacaq.

"Biz rusiyalı istifadəçilərimizi yüksək dəyərləndiririk. Onlara dəstək üçün bizim xüsusi komandamız var", - "Google"un rəsmi təmsilçisi bildirib. 

Bunula belə, o, şirkətin Rusiyadakı texniki bölməsinin bağlanmasını şərh etməkdən imtina edib.

"The Wall Street Journal" "Google"u bu addımı atmağa məcbur edən səbəbin Rusiyanın qanunvericiliyindəki dəyişiklik olduğunu ehtimal edir.

Xatırladaq ki, keçən il şirkətin başçısı Erik Şmidt Rusiyanın Çini təkrarladığını, internetə qarşı fəal siyasət yürütdüyünü deyib.

Məlumatda bildirilib ki, bununla belə, "Google" 2015-ci ildə Rusiyaya sərmayə qoyuluşunu artırmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi