Yuxarı
    Bağlamaq

    Google şirkətinin keçmiş əməkdaşı İŞİD-ə qoşulmaq cəhdinə görə saxlanılıb

    Təhlükəsizlik məsələləri üzrə analitik 30 yaşlı Munavat Salman bir neçə ay ərzində təqib olunduqdan sonra saxlanılıb

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Hindistanda Google şirkətinin keçmiş əməkdaşı "İslam Dövləti" qruplaşmasına qoşulmaq cəhdinə görə  saxlanılıb. Bu barədə "Report" "RİA-Novosti"yə istinadən xəbər verir. 

    Polisdən verilən məlumata görə, Hindistanın Heydərabad şəhərində bir neçə ay ərzində təqib olunduqdan sonra təhlükəsizlik məsələləri üzrə analitik 30 yaşlı Munavat Salman tutulub.

    Mühəndis-proqramçı Salman yarım il əvvəl "Google India" şirkətindən istefa edib. Bundan sonra o, "Al Isabha" veb-platformunu tədqiq etməyə başlayıb. Həmin platformda gəncləri Əl-Qaidə və İŞİD qruplaşmalarına cəlb edirlər. Salman bir ilə yaxın İŞİD üzvləri ilə məktublaşıb.

    Dindirmə zamanı Salman bildirib ki, ona Səudiyyə Ərəbistanına getmək üçün viza verilib. Burada o, yerli şirkətə qoşulmalı idi. 

    Polisin məlumatına əsasən, onun həqiqətən də Səudiyyə Ərəbistanına getmək üçün iş vizası olub. Lakin polisin bundan əvvəl də həmin şəxsin yaxın zamanlarda  İŞİD sıralarına qoşulmaq niyyətində olduğu haqda sübutları olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi