Yuxarı
    Bağlamaq

    "Ginnessin Rekordlar Kitabı"nın rekordçusu oğurluqda şübhəli bilinərək tutulub

    O, saxlanılan zaman polisə saxta pasport təqdim edib

    Bakı. 10 dekabr. REPORT.AZ/ Cüdo üzrə idman ustası, burunla qrelka şişirtmək üzrə "Ginnessin Rekordlar Kitabı"nın rekordçusu olan Cemal Tkeşelaşvili Moskvada oğurluqda şübhəli bilinərək tutulub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanları məlumat verib.

    Məlumata görə, dünən Moskvanın Şimal-Qərb dairəsinin 28 yaşlı sakini polisə müraciət edərək soyğuna məruz qaldığını və mənzilindən ümumi dəyəri 1 milyon rubldan çox olan bahalı qol saatlarının və pul vəsaitinin oğurlandığını xəbər verib. Polis aparılan araşdırmalardan sonra hadisənin gündüz, müraciət edənin işdə olduğu zaman reallaşdığını müəyyənləşdirib. Cinayətkarlar mənzilin sahibindən açarları müəyyən yolla oğurlayaraq evə girib.

    Paytaxt polisinin cinayət-axtarış şöbəsinin əməkdaşları 3 nəfəri həbs edib ki, onlar arasında C.Tkeşelaşvili də var. Özü də idmançı saxlanılan zaman polisə saxta pasport təqdim edib.

    Oğurluq faktı üzrə cinayət işi açılıb, həbs olunanlar barəsində hələlik nəzarət altında saxlama qərarı çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi