​"Ginnesin Rekordlar Kitabı" 2014-cü ilin əsas nailiyyətini açıqlayıb

​"Ginnesin Rekordlar Kitabı" 2014-cü ilin əsas nailiyyətini açıqlayıb Qələbə butulka tıxaclarından çəllək şəklində nəhəng mozaika hazırlayan Rusiya-Fransa komandasına nəsib olub
Maraqlı
17 Yanvar , 2015 05:54
​Ginnesin Rekordlar Kitabı 2014-cü ilin əsas nailiyyətini açıqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ "Ginnesin Rekordlar Kitabı"nın müəllifləri 2014-cü ilin əsas nailiyyətini açıqlayıblar.

"Report" xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat yerləşdirilib.

Qələbə butulka tıxaclarından çəllək şəklində nəhəng mozaika hazırlayan Rusiya-Fransa komandasına nəsib olub.

Ötən ilin əsas nailiyyəti "Ginnesin Rekordlar Kitabı"nın saytında aparılan səsvermənin nəticələrinə görə müəyyən edilib.

Kompozisiya 150 kvadrat metr sahəni tutur. Onun yaradılması üçün 285 min tıxac və 270 kq. yapışqan gərək olub.

"Nəhəng çəllək" adını alan mozaikada qədim yunan tanrıları, Sankt-Peterburq və Bordonun mənzərəsi təsvir olunub.

Mozaikanın müəllifləri rusiyalı Sergey Sidorov və fransalı Elvira Qazizova olub.

Son xəbərlər

Orphus sistemi