Yuxarı
    Bağlamaq

    Geoloqlar yeni qitə kəşf ediblər

    Yeni Zelandiyanın altında sualtı qitə gizlənir

    Bakı. 17 fevral. REPORT.AZ/ Geoloqlar Yeni Zelandiyanın altında böyük qitənin izlərini tapıblar.

    "Report" xəbər verir ki, bu barədə Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqların GSA jurnalında nəşr edilən məqaləsində deyilir.

    Alimlərin sözlərinə görə, Zelandiya təqribən 100 milyon əvvəl qədim Hondvana superqitəsindən qopub aralanmağa başlayıb. Bu, Yer qabığının deformasiyaya uğramasına və nəticədə qitənin böyük hissəsinin su altında qalmasına gətirib çıxarıb. Geoloqlar iddialarını peyk müşahidələri ilə təsdiq edirlər.

    Yeni qitənin sahəsi təxminən beş milyon kvadratkilometr təşkil edir. Onun böyük hissəsi, təqribən 94%-i su altındadır. Suüstü elementlərdən Yeni Kaledoniya adasını və Yeni Zelandiyanın Şimal və Cənub adalarını göstərmək olar.

    Məqalənin müəllifləri coğrafi qitələrin (ingilisdilli ölkələrdə qəbul edilmiş terminologiyaya görə) sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali Amerika və Cənubi Amerika) 8-ə artırmağı təklif edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi