Gələn il İspaniyada kral ailəsinin saxlanılması 7,78 milyon avroya başa gələcək

Gələn il İspaniyada kral ailəsinin saxlanılması 7,78 milyon avroya başa gələcək Ölkə Konstitusiyasına görə, hər il monarx dövlət büdcəsindən ailəsinin saxlanılması üçün vəsait alır və onları sərbəst xərcləyir
Maraqlı
5 Avqust , 2015 08:27
Gələn il İspaniyada kral ailəsinin saxlanılması 7,78 milyon avroya başa gələcək

Bakı. 5 avqust. REPORT.AZ/ Gələn il İspaniyada kral ailəsinin saxlanılması 7,78 milyon avroya başa gələcək. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın maliyyə və dövlət administrasiyası naziri Kristobal Montoro Romero ölkə Konqresində 2016-cı ilin dövlət büdcəsi layihəsini təqdim edərkən deyib.

Lakin o, ailənin hər üzvünə xərclənəcək vəsaitin miqdarını açıqlamayıb. Ölkə Konstitusiyasına görə, hər il monarx dövlət büdcəsindən ailəsinin saxlanılması üçün müəyyən miqdarda vəsait alır və onu sərbəst xərcləyir. Bu o deməkdir ki, kral VI Filipp ayrılan vəsaiti istədiyi kimi xərcləyə bilər.

Artıq 5 ildir ki, ölkə hakimiyyəti monarx ailəsinə ayrılan vəsaiti artırmır. Bu qərar ölkədə yaşanan maliyyə çətinliyi səbəbindən qəbul edilib. 2010-cu ildə kral ailəsinin saxlanılması üçün dövlət büdcəsində 8,9 milyon avro nəzərdə tutulmuşdu. Bu vəsait hər il ya azaldılıb, ya da eyni səviyyədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi