Yuxarı

Fransada Roma imperiyası dövrünə aid məhəllə tapılıb

Fransada Roma imperiyası dövrünə aid məhəllə tapılıb

Fransanın Lion şəhərində Roma imperiyası dövrünə aid məhəllə tapılıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə jurnalistlərə arxeoloq Banjamən Kleman məlumat verib.

Arxeoloq bildirib ki, Lion şəhərinin Furvier qayalığının üzərində yerləşən bu qədim kompleksin 197-ci ilə aid olduğu güman edilir. Ərazidə çoxlu sayda qədimi əşya tapılıb: "Çox nadir haldır ki, yeni arxeoloji kəşf zamanı bu qədər əşya tapılsın. Tapılan əşyalar uzun əsrlər keçməsinə baxmayaraq, yaxşı vəziyyətdə qalıb".

Artıq yeni arxeoloji kompleks öyrənilməyə başlanılıb. Araşdırmaların 5 ilə qədər vaxt aparacağı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi